"Valensiya" futbol klubu yeni baş məşqçisi Marselinyo Qarsiya Toralı ictimaiyyətə təqdim edib. SİA-nın məlumatına görə, "Valensiya" ilə ikiillik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq "Vilyareal"da çalışıb.
Əlli bir yaşlı mütəxəssis təyinatı ilə bağlı deyib: "Qələbə qazanmaq istəyi bizi birləşdirməlidir. Biz birlikdə güclü olacağıq. Nizam-intizama üstünlük verirəm, komandada hər şeyin qaydasında olmasına çalışıram. Çünki bunsuz uğur qazanmaq mümkün deyil. Heyətimizi gücləndirəcəyik. Daha çox istedadlı, ambisiyalı oyunçulara üstünlük verəcəyik. "Valensiya" iddialı olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB