“Real”ın müdafiəçisi “İnter”ə transfer olunacaq

“Real”ın müdafiəçisi “İnter”ə transfer olunacaq

"Real"ın müdafiəçisi Danilo karyerasını İtaliyada davam etdirməyə yaxındır. SİA-nın məlumatına görə, sağ cinah oyunçusu "İnter"ə transfer olunur. İki il öncə "Real" "Barselona" ilə mübarizədən qalib ayrılaraq Danilonu "Portu"dan heyətinə qatmışdı. Lakin o, "Kral klubu"nun əsas heyət üzvünə çevrilə bilmədi.

Son zamanlar xeyli tənqidə məruz qalan braziliyalı müdafiəçi bu səbəbdən də klubunu dəyişmək qərarına gəlib.

Qeyd edək ki, Danilonun xidmətində "İnter"lə yanaşı, "Arsenal" da maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə