Marselinyo Qarsiya “Valensiya”nın yeni baş məşqçisi oldu

Marselinyo Qarsiya “Valensiya”nın yeni baş məşqçisi oldu

"Valensiya" yeni baş məşqçisi Marselinyo Qarsiya Toralı ictimaiyyətə təqdim edib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Xəbərə görə, 51 yaşlı mütəxəssis təyinatı ilə bağlı deyib: "Qələbə qazanmaq istəyi bizi birləşdirməlidir. Biz birlikdə güclü olacağıq. Nizam-intizama üstünlük verirəm, komandada hər şeyin qaydasında olmasına çalışıram. Çünki bunsuz uğur qazanmaq mümkün deyil.

Heyətimizi gücləndirəcəyik. Daha çox istedadlı, ambisiyalı oyunçulara üstünlük verəcəyik. "Valensiya" iddialı olmalıdır". Qeyd edək ki, "Valensiya" ilə 2 illik müqavilə imzalayan Marselinyo Qarsiya Toral son olaraq "Vilyareal"da çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə