"Barselona"nın sabiq prezidenti Sandro Rosell həbs olunub. SİA-nın məlumatına görə, İspaniya mətbuatında qeyd olunur ki, o, çirkli pulların yuyulması ittihamı ilə saxlanılıb. S.Rosellə birgə daha 4 nəfərin həbs olunduğu bildirilir.
İstintaq zamanı Braziliya milli komandasının oyunlarının canlı yayımlanmasından qanunsuz olaraq, komisyon haqqı aldığı və bu pulların saxta şirkətlər tərəfindən yuyulduğu müəyyənləşib.
Saxlanılan şəxslər arasında Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Rikardo Teyşeyranın da olduğu iddia edilir.
Qeyd edək ki, Sandro Rosell 2010 -2014-cü illərdə "Barselona"nın prezidenti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB