UCI "Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq işlərini yüksək qiymətləndirib
Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib. SİA-nın məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) UCI-dan daxil olmuş məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları "Tour d’Azerbaidjan-2017"yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da məktubda xüsusi qeyd olunub.
Xatırladaq ki, 5 mərhələdən ibarət "Tour d’Azerbaidjan-2017" veloturunda planetin 18 ölkəsindən 6-sı Pro-Kontinental, 16-sı kontinental olmaqla ümumilikdə 22 komanda iştirak edib. Ümumi təsnifatda yarışın ən yaxşı velosipedçisi adına isə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov layiq görülüb. Bundan başqa, o, "Tour d’Azerbaidjan-2017"nin ən yaxşı dağ velosipedçisi köynəyinə də yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB