“Qəbələ”nin futbolçusu “Sumqayıt”da

“Qəbələ”nin futbolçusu “Sumqayıt”da

Transfer fəaliyyətini davam etdirən "Sumqayıt" daha bir oyunçunu heyətinə qatıb. SİA-nın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi "Qəbələ"nin futbolçusu Ramil Həsənovla müqavilə bağlayıb. "Qırmızı-qaralar"ın əvəzedici komandasının hücumçusu növbəti mövsümü "Sumqayıt"ın heyətində keçirəcək. Gənc forvard "Sumqayıt"da 1 il icarə əsasında çıxış edəcək.

Ramil Ukraynanın "Tavriya" klubunun yetirməsidir.

Qeyd edək ki, "Sumqayıt" "Kəpəz"dən Vüqar Bəybalayev və Tural Axundovu, AZAL-dan Kamal Mirzəyevi, "Qəbələ"dən Rəşad Eyyubovu, "Neftçi"dən isə Cavid İmamverdiyevi transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə