Serbiyanın paytaxtı Belqradda güləş üzrə yeniyetmələr arasında Avropa çempionatı keçirilib. SİA-nın məlumatına görə, çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıblar.
Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamızın aktivinə Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) yazdırıblar.
Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB