“Qarabağ” klubu Ansi Aqolli ilə müqaviləni yeniləyib

“Qarabağ” klubu Ansi Aqolli ilə müqaviləni yeniləyib

Ağdamın "Qarabağ" futbol klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. SİA-nın məlumatına görə, klub rəhbərliyi Qara Qarayev və Əfran İsmayılovun ardından daha bir futbolçu ilə müqaviləni yeniləyib. Belə ki, Albaniya millisinin kapitanı Ansi Aqolli daha bir il "Qarabağ"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, müdafiəçi 2010-cu ildə Ağdam təmsilçisinə transfer olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə