"Bakı-2017": Daha bir idmançımız gümüş medala sahib oldu

"Bakı-2017": Daha bir idmançımız gümüş medala sahib oldu

Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində son yarış günündə uşu yarışları keçirilib. SİA-nın məlumatına görə, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Yeniyetmələrin Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov həlledici görüşdə iranlı Foroud Zafari ilə qarşılaşıb. Görüş İran idmançısının qələbəsi ilə başa çatıb. İdmançımız "Bakı-2017"də gümüş medal qazanıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev final qarşılaşmasına baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə