"Bakı-2017": Elçin Eminov uşu yarışlarında gümüş medal qazanıb

"Bakı-2017": Elçin Eminov uşu yarışlarında gümüş medal qazanıb

Mayın 22-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarının üçüncü günündə Azərbaycan idmançısı Elçin Eminov İran təmsilçisi Mahdi Mohammadi ilə qarşılaşdığı final görüşündə gümüş medalla kifayətlənməli olub. SİA-nın məlumatına görə, 56 kiloqram çəki dərəcəsində yarışın finalında İran təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev final qarşılaşmasına baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə