"Uşaqlar ilk hissədə 2 qol vurandan sorna bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunda qalib gəlmək lazımdır". SİA-nın məlumatına görə, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının final matçında Oman yığması üzərində 2:1 hesablı qələbədən sonra mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Üstünlüyü əldən verəcəyinizdən qorxmurdunuz?
- Qorxu hissi var idi. Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər.
- İslamiadadakı bu uğuru Azərbaycan futbolunun ən böyük nailiyyəti adlandırmaq olar?
- Bu gün adlandırmaq olar. Lakin gələcəkdə daha da yaxşı nəticələr ola bilər.
- Hər bir əsgər general olmaq istəyir. Siz necə, əsas milli komandaya rəhbərlik etmək istərdiniz?
- Məndə elə bir iddia olmayıb. Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram.
- Hansı oyunçunu turnirin ən yaxşısı adlandırardınız?
- Futbol kollektiv oyundur. Hər bir oyunçu bacardığı qədər komandaya kömək göstərməyə çalışdı.
- Hansı oyun daha çətin keçdi?
- Final oyununu deyərdim. Çünki təzyiq çox idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB