Rusiyanı 2017/18 mövsümü avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşib. Qol.az-ın xəbərinə görə, Premyer Liqanın bu gün keçirilən sonuncu – 30-cu turundan sonra qitəmiqyaslı yarışlarda yarışacaq komandaların hamısının adı dəqiqləşib. SSKA Moskvada "Anji"yə 4:0 hesabı ilə qalib gələrək ikinci yeri təmin edib və ÇL-də oynamaq hüququ qazanıb. Hərbçilərin ən yaxın izləyicisi olan "Zenit" isə "Lokomotiv"i səfərdə 2:0 hesabı ilə məğlub edib və yarışı üçüncü pillədə tamamlayıb.
Beləliklə, yeni mövsümdə aşağıda adları qeyd olunan komandalar Rusiyanı avrokuboklarda təmsil etmək hüququ qazanıb:
"Spartak" (1-ci yer) – Çempionlar Liqasının qrup mərhələsi
SSKA (2-ci yer) - Çempionlar Liqasının pley-off mərhələsi
"Lokomotiv" (kubokun qalibi) – Avropa Liqasının qrup mərhələsi
"Zenit" (3-cü yer) – Avropa Liqasının 4-cü mərhələsi
"Krasnodar" (4-cü yer) – Avropa Liqasının 3-cü mərhələsi
Aşağıda adları qeyd olunan 2 klub isə Premyer Liqanı tərk edib:
"Krılya Sovetov" və "Tom"
Aşağıda adları qeyd olunan 2 klub Premyer Liqada qalmaq üçün birinci liqa təmsilçisi ilə pley-off matçı oynayacaq
"Orenburq" və "Arsenal Tula"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB