"Bakı-2017": Voleybol yığmamız ikinci oldu

"Bakı-2017": Voleybol yığmamız ikinci oldu

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışına da yekun vurulub. SİA-nın məlumatına görə, final görüşündə Azərbaycanın kişi voleybolçulardan ibarət millisi İran yığması ilə qarşılaşıb.

Gərgin keçən oyunda iranlı voleybolçular qələbə qazanıblar - 0:3 (16:25, 27:29, 18:25).

Beləliklə, voleybol komandamız İslamiadanı ikinci pillədə başa vurub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə