Kişi basketbolçularımız da İslamiadada birinci oldular

Kişi basketbolçularımız da İslamiadada birinci oldular

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının 3X3 basketbol turniri başa çatıb. SİA-nın məlumatına görə, Azərbaycanın kişi basketbolçulardan ibarət millisi finalda Qətər yığması ilə qarşılaşıb.

Daha yaxşı oyun nümayiş etdirən komandamız 13:9 hesablı qələbə qazanaraq qızıl medala layiq görülüb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 73-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə