"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında 3X3 qadın basketbolçuların yarışı başa çatıb. SİA-nın məlumatına görə, həlledici görüşdə Azərbaycan və Mali yığmaları qarşılaşıblar.
Daha yaxşı oyun nümayiş etdirən millimiz İslamiadanın çempionu olub - 13:7.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB