Mayın 20-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında 86 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Olimpiya çempionu, Rio Olimpiadasının bürünc mükafatçısı Şərif Şərifov Azərbaycan millisinin aktivinə 28-ci bürünc medalı əlavə edib.
SİA-nın məlumatına görə, idmançımız bürünc medal uğrunda görüşdə Tacikistan güləşçisi Baxodur Kodirov ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 11:0 hesabı ilə Ş.Şərifovun xeyrinə başa çatıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri idmançımızın qarşılaşmasına baxıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB