Murtuzəli Müslümov İslamiadada gümüş medala sahib oldu

Murtuzəli Müslümov İslamiadada gümüş medala sahib oldu

Mayın 20-də Azərbaycan pəhləvanı Murtuzəli Müslümov IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarında gümüş medalla kifayətlənməli olub. SİA-nın məlumatına görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə İran təmsilçisi Mostafa Hosseynxani ilə üz-üzə gəlib. Qarşılaşma 0:10 hesabı ilə iranlı pəhləvanın xeyrinə başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə