“Bakı-2017”: İdmançımız suyatullanma yarışlarında gümüş medala sahib olub
Mayın 20-də IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr hündürlükdən suyatullanma yarışında Azəbaycan idmançısı Artyom Danilov 308,70 xal toplayaraq gümüş medala sahib olub.
SİA-nın məlumatına görə, yarışda fəxri kürsünün ən yüksək pilləsinə türkiyəli Kıvanc Gur qalxıb. O, final mərhələsində 320,95 xal toplayaraq qızıl medal qazanıb.
Fəxri kürsünün üçüncü pilləsində 303, 65 xalla iranlı Şahnam Nazarpour qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB