"Bakı-2017": İdmançılarımız atletika yarışlarında daha 2 medal qazanıblar

"Bakı-2017": İdmançılarımız atletika yarışlarında daha 2 medal qazanıblar

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının kişilər arasında T11 kateqoriyasında uzunluğa tullanma yarışında təmsilçimiz Elçin Muradov 5,76 metr nəticə ilə qızıl medala sahib olub.

SİA-nın məlumatına görə, digər təmsilçimiz Zeynidin Bilalov isə 5,22 metr göstərici ilə bürünc medal qazanıb. Yarışın gümüş medalına 5,28 metr nəticə ilə indoneziyalı Abdul Dalimunte layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə