"Finalda rəqibimin fəndləri mənim üçün gözlənilməz idi. Bütün bunlara baxmayaraq, qalib gəldim və buna görə çox sevincliyəm". SİA-nın məlumatına görə, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis üzrə qadınların fərdi yarışlarının qalibi olan Türkiyə təmsilçisi Melek Hu deyib.
O qeyd edib ki, oyun zamanı özü də bəzi fəndlərdən istifadə edib: "İşlətdiyim fəndlərin qələbəmdə böyük rolu var. Buraya gələndə çempion olmağı hədəfləməmişdim. Amma özümə inanırdım. Nəticədə yarışın qalibi oldum. Bu, inanılmaz bir hissdir".
İdmançı İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış etdiyini, "Bakı-2015" birinci Avropa Oyunlarındakı kimi, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında da təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB