Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. SİA-nın məlumatına görə, güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb.
Bu gün - güləş yarışların dördüncü günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər mübarizə aparacaq.
61 kq
1/8 final - Hacı Əliyev - S.Myradov (TKM)
70 kq
1/4 final - Murtuz Müslümov - Z.Dama (TUR)
86 kq
1/8 final - N. Al Mushatta (İRQ) - Şərif Şərifov
125 kq
1/4 final - Cəmaləddin Məhəmmədov - R. Alkrad (SYR)
İlkin görüşlər saat 10:00-da, final görüşləri saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB