Qırğızıstan portalı: "İslamiadaya ev sahibliyi etməsi Azərbaycanın imicini daha da yüksəldir"

Qırğızıstan portalı: "İslamiadaya ev sahibliyi etməsi Azərbaycanın imicini daha da yüksəldir"

Qırğızıstanın goldenbridgenews.com portalı rusiyalı analitik Denis Korkodinovun Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı məqaləsini yayıb. Məqalədə bildirilir ki, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın imicini daha da yüksəldir. Azərbaycanda yeni idman obyektləri tikilir, ölkəyə xarici turistlər cəlb edilir. Bu idman bayramının əhəmiyyəti böyükdür. İslamiada ölkələr arasında münasibətləri daha da möhkəmləndirir.

Yazıda bildirilir ki, Oyunların prinsipi xalqlar arasında xoşməramlı əlaqələrin və konstruktiv dialoqun yaradılmasından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə