Məhəmməd Müslümov İslamiadada gümüş medalla kifayətlənib

Məhəmməd Müslümov İslamiadada gümüş medalla kifayətlənib

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçimiz gümüş medal qazanıb. SİA-nın məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Məhəmməd Müslümov həlledici görüşdə iranlı Meysam Nasiri ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma M.Nasirinin qələbəsi ilə başa çatıb - 3:5.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva final görüşünə baxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə