"Bakı-2017": Kişi voleybolçuların yarışında “A” qrupunun qarşılaşmaları başa çatıb

"Bakı-2017": Kişi voleybolçuların yarışında “A” qrupunun qarşılaşmaları başa çatıb

Mayın 19-da kişi voleybolçuların yarışında qrup mərhələsinin sonuncu oyunları keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə "A" qrupunda yer alan Türkiyə və Fələstin yığmaları qarşılaşıblar. Türkiyə millisi hər üç setdə böyük fərqlə qələbə qazanıb - 25:15, 25:8, 22:6. Fələstin yığması sonuncu set başa çatmamış qarşılaşmanı davam etdirmək istəməyib. Beləliklə, Türkiyə voleybolçuları oyunda 3:0 hesabı ilə qalib gəlib.

Bu qrupun digər oyununda Türkmənistan və Pakistan yığmaları mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən matçda Pakistan voleybolçuları oyunu öz xeyrinə başa vurublar - 3:1. İlk iki seti (25:22, 25:22) aktivinə yazdıran pakistanlı voleybolçular üçüncü setdə 24:26 hesabı ilə məğlub olublar. Lakin Pakistan millisi dördüncü setdə gözəl oyun nümayiş etdirərək 25:21 hesabı ilə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə