Lənkəranlı idmançı İslamiadanın qalibi oldu! FOTOLAR

Lənkəranlı idmançı İslamiadanın qalibi oldu! FOTOLAR

Lənkəran idman məktəbinin yetirməsi 80 kiloqram çəkidə Avropa çempionatında gümüş və bürünc, dünya çempionatında bürünc medal qazanmış, hazırda 87 kiloqramda mübarizə aparan taekvondoçu Ramin Əzizov bütün rəqiblərini məğlub edərək finala çıxmağı bacarıb. Finalda İran idmançısı Əhməd Məhəmmədi ilə qarşılaşan Əzizov üçün döyüş gərgin keçib. Görüşün sonunda hesabda geri olan Ramin Əzizov əsl əzmkarlıq göstərərək son saniyələrdədə vurduğu dəqiq zərbə ilə hesabda önə çıxaraq qızıl medalı qazanıb.

Qələbədən sonra göz yaşlarınızı saxlaya bilməyən Ramin Əzizov bildirib:

- İstəməzdim hisslərimi biruzə verim. Heç bir idmançıya zədə arzulamıram. İdmançının zədə ilə sınağa çəkilməsi çox pis şeydir. İki dəfə ayağım sınmışdı. Əksəriyyət idmana qayıdacağıma inanmırdı. Əsas odur ki, özümü sübut etdim. İnanmayanlar, inanmasın.

Qalib idmançımız qələbəni isə ilk məşqçisinə həsr etdiyini söyləyib:

- Qələbəmi Vüqar Sultanova həsr etdim. O, mənə həm müəllim, həm ata, həm də qardaşdır. Bu yaxınlarda infarkt keçirib, əməliyyat oldu. Qələbəni onun ürəyinə həsr edirəm.

Biz də Araz Yağubov başda olmaqla "Yaşıl çay" jurnalının kollektivi olaraq uzun fasilədən sonra İslamiada kimi möhtəbər yarışda qazandığı çətin və parlaq qələbə münasibətilə həmyerlimizi ürəkdən təbrik edir, ona gələcək yarışlarda, xüsusən də Olimpiya oyunlarında iştirak edib Azərbaycanın üçrəngli bayrağını ən yüksəyə qaldırmağı arzu edirik!

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə