“Bakı-2017”: Basketbol 3x3 yarışlarının 2-ci günündə 18 oyun keçiriləcək

“Bakı-2017”: Basketbol 3x3 yarışlarının 2-ci günündə 18 oyun keçiriləcək

Mayın 19-da IV İslam Həmrəyliyi Oyunlarının basketbol 3x3 yarışlarının ikinci gününə start verilib. SİA-nın məlumatına görə, həm qadınların, həm də kişilərin yarışında on komanda iki qrupda mübarizə aparır.

Qadınların mübarizəsində "A" qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstan, "B" qrupunda İndoneziya, Türkiyə, Suriya, Fələstin və Pakistan milliləri yarışırlar.

Kişilərin yarışında Türkiyə, Azərbaycan, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistan "A" qrupunda, İndoneziya, Qətər, Kot d`İvuar, Mali, İordaniya yığmaları isə "B" qrupunda yer alıblar.

Qruplarda ilk dörd yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.

Yarışların ikinci günündə 18 oyun keçiriləcək. Qadınların yarışında 8, kişilərin mübarizəsində isə 10 qarşılaşma oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə