"Bakı-2017": Daha bir güləşçimiz yarımfinala yüksəlib

"Bakı-2017": Daha bir güləşçimiz yarımfinala yüksəlib

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib. SİA-nın məlumatına görə, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib. Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib - 11:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə