"Bakı-2017": Türkiyə stolüstü tennisçisi finala vəsiqə qazandı

"Bakı-2017": Türkiyə stolüstü tennisçisi finala vəsiqə qazandı

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis idman növünün qadınlar arasında fərdi yarışlarında yarımfinal mərhələsinin ilk oyunu başa çatıb. SİA-nın məlumatına görə, bu oyunda Azərbaycan təmsilçisi Miao Vang Türkiyə idmançısı Melek Hu ilə qarşılaşıb. Matçda Türkiyə stolüstü tennisçisi 4:1 (11:1, 11:7, 9:11, 11:6, 14:12) hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıb.

Digər yarımfinal oyununda isə Azərbaycan təmsilçisi Zhing Ning ilə İran idmançısı Neda Şahsavari final uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə