Naci Şensoy kubok qazandı

"Turan" klubunun sabiq baş məşqçisi Naci Şensoy Makedoniyada ilk titulunu qazanıb. SİA-nın məlumatına görə, onun çalışdırdığı "Poliester" klubu ölkə kubokunun qalibi olub. Həlledici oyunda "Şkendiya" ilə qarşılaşan "Poliester" penaltilərlə qalib gələrək (4:3) kuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, Naci Şensoy ötən ildən "Poliester"i çalışdırır.

Xatırladaq ki, türkiyəli mütəxəssis müxtəlif illərdə - 2002-2003, 2002-2005 və 2012-ci ildə "Turan"ın baş məşqçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə