Azərbaycanın futbol yığması "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün yarımfinalda Əlcəzair komandası ilə qarşılaşıb. SİA-nın məlumatına görə, oyuna millimiz fəal başlayıb. 39-cu dəqiqədə Ruslan Abışov rəqibi məyus edib. 58-ci dəqiqədə Məqsəd İsayevin zərbəsi dəqiq olub. Əlcəzair futbolçuları matçda dönüş yarada bilməyiblər - 2:0.
Millimizin finaldakı rəqibi Kamerun - Oman cütlüyünün qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB