"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının voleybol yarışlarının səkkizinci günündə ilk qarşılaşma kişilərin mübarizəsində "B" qrupunda yer alan İran və Əlcəzair milli komandaları arasında keçirilib.
SİA-nın məlumatına görə, gərgin idman mübarizəsi şəraitində keçən oyunda İran voleybolçuları 3:1 hesabı ilə qalib gəliblər. İran yığması ilk setdə məğlub olmasına (18:25) baxmayaraq, oyunda dönüş yaradaraq sonrakı üç seti ardıcıl qələbə ilə başa vurub - 28:26, 31:29, 25:22.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB