"Bakı-2017": Tennis yarışlarında 1/8 final qarşılaşmaları keçirilir

"Bakı-2017": Tennis yarışlarında 1/8 final qarşılaşmaları keçirilir

Mayın 18-də İslamiadanın tennis yarışlarının yeddinci günündə kişilər və qadınlar arasında fərdi və cütlüklərin mübarizəsində səkkizdəbir və dörddəbir final mərhələlərinin görüşləri başlayıb. SİA-nın məlumatına görə, gün ərzində ümumilikdə 11 görüş oynanılacaq. Həm kişilər, həm də qadınlar arasında fərdi yarışlarda səkkizdəbir final mərhələsinin dörd oyunu keçiriləcək. Kişi cütlüklərin yarışında iki, qadınlarda isə bir oyun olacaq.

"Bakı-2017"nin tennis yarışlarına mayın 22-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə