“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb

Türkiyə kubokunda ikinci finalçının da adı məlum olub. Qol.az-ın xəbərinə görə, finala vəsiqə uğrunda "Fənərbaxça" və "Başakşəhər" komandaları üz-üzə gəlib. Yarımfinalın ilk görüşdə 2:2 hesablı bərabərə qalan komandaların cavab oyununda da eyni hesab qeydə alınıb. Buna görə də görüş penaltilərə qədər uzanıb. Burada daha dəqiq olan "Başakşəhər" finala vəsiqə qazanıb.

"Fənərbaxça" – "Başakşəhər" – 2:2 (penlatilər – 9:10)
Qollar:
Əmrə Bəlözoğlu, 42 (0:1), Musa Sou, 71 (1:1), Samuel Holmen, 86 (1:2), Ozan Tufan, 87 (2:2)

Qeyd edək ki, "Başakşəhər" finalda "Konyaspor"la qarşılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə