Azərbaycan güləşçilərinin İslamiadada ilk qızıl medalı

Azərbaycan güləşçilərinin İslamiadada ilk qızıl medalı

Azərbaycan millisi "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarında ilk qızıl medalını qazanıb. SİA-nın məlumatına görə, turnirdə 98 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Orxan Nuriyev qızıl medal uğrunda görüşdə qırğızıstanlı Uzur Juzupbekov ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Orxan Nuriyev rəqibini 5:0 hesabı ilə məğlub edərək "Bakı-2017"nin çempionu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə