Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb. SİA-nın məlumatına görə, birincilik uğrunda mübarizədə güləşçimizin rəqibi İran təmsilçisi Yousef Qaderian olub. Gərgin keçən mübarizədə hesab 1:1 olsa da, iranlı güləşçi sonuncu xal qazandığı üçün, hakimlər qələbəni ona veriblər.
İdmançımız R.Hüseynov isə gümüş medalla kifayətlənməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB