Qadınlar arasında 100 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında Türkiyə atletləri iki medal qazanıblar. Qardaş ölkə təmsilçisi Aleyna Özkan finişə hamıdan birinci çatıb - 1:01.43 saniyə. Gümüş medalı indoneziyalı Adinda Devi 1:02.28 saniyə nəticə ilə aktivinə yazdırıb. Türkiyənin digər təmsilçisi Gizəm Bozkurt isə 1:02.29 saniyə ilə üçüncü olub.
Azərbaycan atletləri Alsu Bayramova (1:03.20 saniyə) beşinci, İlahə Raciyeva (1:03.94 saniyə) isə altıncı yeri tutublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB