"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında rəqiblərim çox güclü idi. Mən yaxşı çıxış etdim və nəticəmdən razıyam". SİA-nın məlumatına görə, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarında 7-ci olmuş Azərbaycan milli komandasının üzvü Fidan Əbdürrəhmanova deyib.
İdmançı "Bakı-2017"nin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. O, IV İslam Həmrəyliyi Oyunlarına yaxşı hazırlaşdıqlarını bildirib: "Oyunlara yüksək hazırlıq keçmək üçün idmançılarımıza hər cür şərait yaradılıb. Mən məşqçilərimə təşəkkür edirəm. Çünki onlar biz idmançıların üzərində çox əziyyət çəkdilər. Öz ailəmə də minnətdarlığımı bildiriəm ki, onların duaları sayəsində buralara qədər gəlib çatmışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB