"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı 2-yə çatıb. SİA-nın məlumatına görə, Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb.
O, yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb.
T.Məmmədov sabah təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB