"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışında Azərbaycan qızıl medal qazanıb. SİA-nın məlumatına görə, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gəlib.
Üçüncü yeri İranın birinci komandası tutub.
Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 7-ci yerlə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB