"Bakı-2017": Boks yığmamızın ilk medalının əyarı bilindi BÜRÜNC

"Bakı-2017": Boks yığmamızın ilk medalının əyarı bilindi BÜRÜNC

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. SİA-nın məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb.

56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran T.Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə T.Əliyev İslamiadanı bürünc medalla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə