"Bakı-2017": Ağır atletika yarışlarının son günü iki idmançımız yarışır
Mayın 17-də "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının ağır atletika yarışlarının sonuncu gününə start verilib. SİA-nın məlumatına görə, yarışlarda qadınlar 90, +90, kişilər isə 105, +105 kiloqram çəki dərəcələrində birincilik uğrunda mübarizə aparırlar.
Azərbaycanı yarışların sonuncu günündə Fidan Abdürrəhmanova (90 kq) və Azər Məmmədli (+105 kq) təmsil edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB