Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarında finalçılar müəyyənləşəcək. SİA-nın məlumatına görə, Oyunların yarımfinal mərhələsi çərçivəsində Azərbaycanın 7 boksçusu rinqə çıxacaq.
Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olacaq. Cavid Çələbiyev (60 kq) finala gedən yolda qazaxıstanlı Sultan Zaurbəylə qarşılaşacaq. Ölkəmizi 69 kiloqram çəki dərəcəsində təmsil edən Tamerlan Abdullayev də qazaxıstanlı idmançı ilə üz-üzə gələcək. O, İlya Oçkini məğlub etməlidir. Olimpiya mükafatçımız Kamran Şahsuvarlının (75 kq) final yolundakı son rəqibi Yuness Qarrumi (Mərakeş) olacaq. Turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan Rauf Rəhimov növbəti döyüşünü misirli Abdelrəhman Abdelqəvvədə qarşı keçirəcək. Teymur Məmmədov (91 kq) isə suriyalı Eldin Qoussun ilə üz-üzə gələcək. Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) finala gedən yolda Hüsseyn İaşaişi (İordaniya) sınağa çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB