"Bakı-2017": Rafiq Hüseynov finalda

"Bakı-2017": Rafiq Hüseynov finalda

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb. SİA-nın məlumatına görə, final uğrunda mübarizədə güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir olub. R.Hüseynov rəqibinə vaxtından əvvəl - 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə