"İdmançılara pul mükafatları qazandıqları medal sayına uyğun ödəniləcək" RƏSMİ

"İdmançılara pul mükafatları qazandıqları medal sayına uyğun ödəniləcək" RƏSMİ

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatları qazandıqları medal sayına uyğun ödəniləcək. SİA-nın xəbərinə görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov IV İslam Həmrəylik Oyunları ilə bağlı keçirilən hesabat konfransında deyib.

"Birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil. Azərbaycan Prezidentin bununla bağlı sərəncamı var və heç bir söz-söhbət sərəncamı dəyişdirə bilməz".

Nazir Azərbaycan ilə Türkiyə arasında rəqabət məsələsi ilə bağlı sualı da cavablandırıb: "Yarışlarda gərginlik olur. Bəzən elə olur ki, heç gözləmədiyimiz idmançılar qalib gəlir. Təbii ki, torpağımızda birinci olmağa ümid edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə