"Bakı-2017": Daha 2 güləşçimiz yarımfinalda

"Bakı-2017": Daha 2 güləşçimiz yarımfinalda

Azərbaycanın yunan-Roma güləşçiləri Orxan Nuriyev (98 kq) və Murad Məmmədov "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk görüşlərinə çıxıblar. SİA-nın məlumatına görə, O.Nuriyev pakistanlı rəqibi Rza Tayabı 9:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

M.Məmmədov isə iranlı Mohammad Nourbakhsh ilə qarşılaşıb. Təmsilçimiz 10:4 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə