Anastasiya İbrahimli: "Oyunlara yaxşı hazırlaşmışdıq"

Anastasiya İbrahimli: "Oyunlara yaxşı hazırlaşmışdıq"

"IV İslam Həmrəylik Oyunlarına çox yaxşı hazırlaşmışdıq. Əvvəlcədən nəticəni müəyyənləşdirmək olmur. Amma bütün çətinlikləri ram etdik və qızıl medal qazandıq". SİA-nın xəbərinə görə, bunu IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika üzrə yeni rekord əldə edərək qızıl medal sahibi olan Anastasiya İbrahimli bu gün keçirilən mətbuat konfransında deyib. Hicablı olması ilə bağlı suala cavab verən atletimiz bildirib ki, əslində hər bir müsəlman qadını başını bağlamalıdır: "Bu mənim dinimdir. Hicab bağlamağı bir neçə il bundan əvvəl qərarlaşdırmışam. Bu, mənim işimə və məşqlərimə mane olmur. Hər bir müsəlman qadını bunu etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə