İslamiadanın atletika yarışları davam edir

İslamiadanın atletika yarışları davam edir

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində mayın 17-də Bakı Olimpiya Stadionunda atletika yarışları davam edir.

SİA xəbər verir ki, yarışın ikinci gününə kişilər arasında (F57) lövhə atma yarışının finalı ilə start verilib. Ölkəmizi Samir Nəbiyev təmsil edir. Həmçinin kişilər arasında 800 metr məsafəyə qaçış yarışının təsnifat mərhələsi keçirilir.

Günün birinci yarısında kişilər və qadınlar arasında 200 metr məsafəyə qaçış, o cümlədən qadınlar arasında 3000 metr məsafəyə maneələrlə qaçış yarışları keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə