Rəsul Çunayev İslamiadaya təmiz qələbə ilə başladı YARIMFİNALDA

Rəsul Çunayev İslamiadaya təmiz qələbə ilə başladı YARIMFİNALDA

Bu gün "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarına start verilib. SİA-nın məlumatına görə, yarışların ilk günü yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar. 71 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəsul Çunayev ilk görüşündə əlcəzairli güləşçi Akrem Boudjemline ilə qarşılaşıb. İdmançımız rəqibi üzərində 1 dəqiqə 4 saniyəyə təmiz qələbə qazanıb (8:0).

R.Çunayev yarımfinala vəsiqə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə