Rövşən Fətullayev: "Gücümü göstərdim və medalımı qazandım" AÇIQLAMA

Rövşən Fətullayev: "Gücümü göstərdim və medalımı qazandım" AÇIQLAMA

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında rəqiblərim çox güclü idi. Bu sırada Özbəkistan və İran idmançılarını göstərmək olar. Əsas rəqiblərimdən biri də Misir atleti idi. Şükürlər olsun ki, gücümü göstərdim və medalımı qazandım". SİA-nın məlumatına görə, bunu "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanmış ağır atletika üzrə Azərbaycan milli komandasının üzvü Rövşən Fətullayev (94 kq) deyib.

İdmançımız uğur qazanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirib: "İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarımı Tofiq Heydərovun sayəsində AAAF Park Yaşayış Kompleksində keçdim. Həqiqətən də o, federasiyaya gələndən sonra çox işlər görülüb, qazanılan medalların sayı artıb. Mən burdan Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova da öz minnətdarlığımı bildirirəm. Bu gün onu gördüm, çox qürurlandım. Mükafatlandırma mərasimində medalı mənə o təqdim etdi və dedi ki, Olimpiadada görüşərik. Mən məşqçim Hafiz Süleymanova da təşəkkürümü bildirirəm. O, mənim üzərimdə çox əziyyət çəkib".

Bütün xəbərlər Facebook səhifəmizdə