“Atletiko” bu futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

“Atletiko” bu futbolçu üçün 60 milyon avro ödəməyə hazırdır

Dieqo Simeona "Atletiko" rəhbərliyindən yayda hücum xəttini gücləndirməyi istəyib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisinin əsas transfer hədəfi Dieqo Kostadır. Həm rəhbərlik, həm də Simeone təcrübəli forvardın geri qaytarılmasınımn tərəfdarıdır. Kosta ilə razılıq əldə olunmasa, o zaman "Atletiko" diqqətini "Torino"nun və İtaliya millisinin üzvü Andrea Belottiyə yönəldəcək.

Qeyd edək ki, Madrid təmsilçisi "Torino" ilə hələ 4 illik müqaviləsi olan 23 yaşlı forvarda görə 60 milyon avro ödəməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə